Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 7-ci tur başa çatıb.
Futbolinfo.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan komandası Qazaxıstan üzərində 3:1 hesablı qələbə qazanıb.
Aydın Süleymanlı və Məhəmməd Muradlı bu tur rəqiblərini məğlub edib. Nicat Abasovla Rauf Məmmədov heç-heçəylə kifayətlənib.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi eyni hesabla Qazaxıstana uduzub. Günay Məmmədzadə və Gövhər Beydullayeva heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova məğlubiyyətlə barışmalı olub.
Olimpiada sentyabrın 22-də yekunlaşacaq