AZ

“Azərpoçt” ÜPİ-nin Regional Strateji Forumunda təmsil olunub

Bakı. Trend:

Ümumdünya Poçt İttifaqı (ÜPİ) sentyabrın 16-17-də AnkaradaAvropa və Mərkəzi Asiya üçün Regional Strateji Forum keçirib.“Azərpoçt” MMC də forumda təmsil olunaraq regional poçtfəaliyyətinə dair müzakirələrdə iştirak edib.

Trend"Azərpoçt"a istinadla xəbər verir ki, forumda əsasən 2026-2029-cuillər üzrə strategiya çərçivə proqramına dair məsələlər müzakirəolunub. Yaxın gələcəkdə ÜPİ-nin normativləri və standartlarıəsasında vahid poçt şəbəkəsinin yaradılması və istifadəyəverilməsi, qlobal poçt ekosistemində innovasiyaların tətbiqi vəəməkdaşlığın gücləndirilməsi yolu ilə poçtun inkişafının təşviqitədbirin əsas müzakirə mövzuları olub.

Forum çərçivəsində “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədrivəzifəsini icra edən İsi Mustafayev ÜPİ-nin Baş direktoru MasahikoMetoki və Türkiyə Respublikasının Poçt və Teleqraf Təşkilatınınrəhbəri Hakan Gültən ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə iki ölkənin poçt xidmətləri arasında əməkdaşlığınartırılmasına dair danışıqlar aparılıb, poçt sisteminin inkişafıperspektivləri müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
az.trend.az

6Mənbələr