AZ

Ermənistan özü üçün məqbul olan yolu, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını seçməlidir



"Ermənistan özü üçün məqbul olan yolu, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını seçməlidir. Bunun əksi Ermənistanı məhvə aparır".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Açıqlamada bildirilir ki, İrəvan Fransa, Hindistan, Birləşmiş Ştatların maliyyə fondlarının ona yönəlik dəstəklərindən həvəslənərək yenidən müharibə hazırlıqlarına başlayıb ki, bu da Ermənistan üçün sonun başlanğıcıdır:

" Ermənistan unudur ki, bu dəfə Dəmir Yumruğun zərbəsi daha kəskin və daha ağır olacaq. Bu zərbə Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ona görə də Ermənistan hakimiyyəti nə qədər gec deyil, müharibə hazırlığına deyil, sülh müqaviləsinin imzalanmasına çalışmalıdır. Çünki Ermənistanın yeganə qurtuluş yolu Azərbaycanla sülh müqaviləsi imzalayıb regional layihələrdə iştirak etməkdir".

Anar Əliyev
Seçilən
32
newscenter.az

1Mənbələr