Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, azı 450 nəfər yaralanıb.
Bundan əvvəl Livanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib. “Al Hadath” telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.
**20:30
Livanda rabitə cihazlarında yenidən partlayışlar olub.
Senzor.az bildirir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Livan mediası da yazıb ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonlarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir.
Livan Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, yeni partlayışlar nəticəsində daha 9 nəfər ölüb, 300-dən çox yaralı var.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.
Ölənlər arasında "Hizbullah" liderlərindən birinin oğlu da var.