AZ

Çempionlar Liqası: "Mançester Siti" - "İnter" oyununda qalib müəyyənləşməyib, “Borussiya Dortmund” qələbəyə sevinib

Çempionlar

Bakı, 19 sentyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının yeni formatda keçirilən əsas mərhələsində ilk turun növbəti oyunları baş tutub.

AZƏRTAC xəbər verir ki, futbol azarkeşləri 6 qarşılaşmaya şahidlik ediblər.

Günün ən maraqla gözlənilən görüşü İngiltərədə təşkil olunub. "Mançester Siti” son İtaliya çempionu “İnter”i qəbul edib. Matç qolsuz heç-heçə ilə nəticələnib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

“Bolonya” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 0:0

“Sparta Praqa” (Çexiya) – “Zaltsburq” (Avstriya) - 3:0

“Seltik” (Şotlandiya) – “Slovan” (Slovakiya) - 5:1

“Brügge” (Belçika) – “Borussiya Dortmund” (Almaniya) - 0:3

“Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) - 0:0

PSJ (Fransa) – “Jirona” (İspaniya) - 1:0

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində birinci turun ilk 6 matçı sentyabrın 17-də keçirilib. İlk tura isə bu gün yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7
azertag.az

10Mənbələr