AZ

“Borussiya” 3, PSJ tək qolla sevindi - Çempionlar Liqasında

Bu mövsümdən yeni formatda təşkil olunan UEFA Çempionlar Liqasında bu gün Liqa mərhələsinin 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.

Günün ən maraqlı görüşlərindən biri İngiltərədə keçirilib. “Mançester Siti” doğma meydanda İtaliyanın “İnter” klubunu qəbul edib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu oyunda qapılara qol vurulmayıb.

İtaliyanın digər təmsilçisi “Bolonya” isə doğma meydnada Donetsk “Şaxtyor”u ilə qolsuz heç-heçəyə razılaşıb.

İspaniyanın “Jirona” klubu Fransada PSJ-nin qonağı olub. Paris təmsilçisi yalnız son dəqiqələrdə rəqib futbolçunun avtoqolu sayəsində qələbə qazanıb.

Almaniyanın “Borussiya” (Dortmund) komandası isə Belçikada “Brügge” ilə üz-üzə gəlib. Dortmundlular səfərdə darmadağına imza atıblar. Maraqlıdır ki, almanlar bu qolları matçın sonlarında vurublar.

Praqa “Sparta”sı da Çexiyada Avstriyanın “Zalsburq” komandasını 3 cavabsız qolla yenib. “Seltik” isə Şotlandiyada Bratislava “Slovan”ını əzici hesabla üstələyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turuna sentyabrın 19-da yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
18 sentyabr

“Bolonya” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 0:0

“Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) 0:0

“Sparta” (Praqa, Çexiya) – “Zalsburq” (Avstriya) 3:0
Qollar: Kairinen, 2. Olatunyi, 42. Laçi, 58.

“Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya) 0:3
Qollar: Bayno-Gittens, 76; 86. Girassi, 90+5-pen.

“Seltik” (Şotlandiya) – “Slovan” (Slovakiya) 5:1
Qollar: Skales, 17. Furuhaşi, 47. Engels, 56. Maeda, 70. İdah, 87 – Vimmer, 61.

PSJ (Fransa) – “Jirona” (İspaniya) 1:0
Qol: Qassaniqa, 90-öz qapısına.

Seçilən
50
3
arena.az

4Mənbələr