Çempionlar Liqasında Liqa mərhələsinin 1-ci turunun oyunları davam edir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 6 matç keçirilib. “Mançester Siti” “İnter”i, PSJ isə “Jirona”nı qəbul edib. Parisdə meydan sahibləri qalib gəliblərsə, digər oyun qolsuz yekunalşıb. Dortmund “Borussiya”sı da səfərdə “Brügge”ni böyük hesabla yenib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
18 sentyabr
“Bolonya” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 0:0
“Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) 0:0
“Sparta” (Praqa, Çexiya) – “Zalsburq” (Avstriya) 3:0
Qollar: Kairinen, 2. Olatunyi, 42. Laçi, 58.
“Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya) 0:3
Qollar: Bayno-Gittens, 76; 86. Girassi, 90+5-pen.
“Seltik” (Şotlandiya) – “Slovan” (Slovakiya) 5:1
Qollar: Skales, 17. Furuhaşi, 47. Engels, 56. Maeda, 70. İdah, 87 – Vimmer, 61.
PSJ (Fransa) – “Jirona” (İspaniya) 1:0
Qol: Qassaniqa, 90-öz qapısına.