AZ

“Bakıda bir neçə riskə getdim, bunu etməli idim”

"Bakının çətin trek olduğunu etiraf etməliyəm.

Döngələri çox olan trekdə ehtiyatlı davranmaq lazımdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda birinci olan "Ferrari" komandasının pilotu Şarl Lekler mətbuat konfransında deyib.

Monakolu sürücü nəticəyə görə çox xoşbəxt olduğunu bildirib:

"Risklər aldım. Bunu etməli idim, çünki qələbə asan əldə olunmur.

Bolidi idarə edərkən balansı qorudum. Komandamızın digər üzvü də Karlos Sayns da ilk "üçlük"də yer aldı.

Yaxşı hazırlaşmaq nəticə verir. Yarışdan öncə ünsiyyətdə olduq. Bir-birimizə dəstəyimizi ifadə etdik".

O, qazandığı uğurların sirrini də açıqlayıb:

"Bəzən yarış öncəsi yaxşı əhvali-ruhiyyədə olmaq üçün nələrəsə ehtiyac duyursan.

Mən musiqi dinləyərək motivasiyamı yüksəkdə saxlayıram”, - deyə 26 yaşlı pilot əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
sportinfo.az

1Mənbələr