AZ

Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?

Dünyaca məşhur İtalyan avtomobil markası “Lamborghini”nin loqotipindəki öküz fiquru təkcə brendin gücünü deyil, həm də onun yaradıcısı Ferruccio Lamborghininin şəxsi xüsusiyyətlərini əks etdirir.

 

Bəs, bu öküz fiquru haradan gəlir və bu nə deməkdir?


Sfera.az sizə bu barədə yazı təqdim edir.


İtalyan avtomobil nəhəngi “Lamborghini” ilk dəfə traktor istehsalçısı kimi tanınıb. Lakin zaman keçdikcə brend özünü avtomobil dünyasında bir fenomen kimi təsdiqləyib.



 

“Lamborghini”nin əsası Ferruccio Lamborghini traktor istehsalı biznesinə girdiyi zaman qoyulub.


Ferruccio Lamborghini “Ferrari” avtomobilləri ilə kifayətlənmədiyi üçün öz lüks idman avtomobillərini istehsal etmək qərarına gəlib. Beləliklə, “Lamborghini”nin avtomobil istehsal macərası başlayıb.

 




Gələk loqonun hekayəsinə. “Lamborghini” brendinin loqotipindəki öküz fiquru təkcə simvol deyil, həm də brendin yaradıcısı Ferruccio Lamborghininin şəxsi xüsusiyyətlərini və ehtiraslarını əks etdirir.


Ferruccio Lamborghini 28 apreldə doğulmuş və Buğa bürcü idi. O, bu bürcün xüsusiyyətləri - qətiyyət, güclü iradə və zəngin emosional həyatı ilə tanınırdı. “Lamborghini” avtomobilləri bu xüsusiyyətləri əks etdirmək üçün hazırlanmışdır: güclü, cəsarətli və təsir edici.



 

Loqodakı öküz fiquru Ferruccio Lamborghininin öz ruhunu əks etdirmək və özünü brendi ilə eyniləşdirmək istəyindən ilhamlanıb.


Lamborghininin öküz fiquru təkcə brendin loqosunda deyil, istehsal etdiyi modellərin adlarında da görünür.


Məsələn, “Gallardo” və “Murcielago” modelləri ispan korridalarına istinad edərək adlandırılıb ki, bu da brendin öküz mövzusunun çoxdan formalaşmış ənənəyə çevrildiyini göstərir.


Ümumiyyətlə, “Lamborghini”nin loqo dizaynı avtomobil həvəskarları tərəfindən güclü şəxsiyyət kimi qəbul edilir.

 

Xanım

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
sfera.az

1Mənbələr