“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Malmö” İsveç çempionatında növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, 23-cü turda “Qais”lə qarşılaşan şəhərin eyni adlı komandası rəqibi ilə qolsuz bərabərə qalıb.
Hazırda İsveç çempionatında turnir cədvəlinə 50 xalla “Malmö” başçılıq edir.
“Qarabağ” “Malmö” ilə oktyabrın 3-də Bakıda qarşılaşacaq.