AZ

Türkiyədə 37 nəfərə casusluq ittihamı ilə həbs cəzası verilib

Türkiyədə

İstanbul Ağır Cəza Məhkəməsində İsrail kəşfiyyatına casusluqda təqsirləndirilən 56 müttəhimin mühakimə olunduğu iş üzrə hökm çıxarılıb.

Reyting.az
xəbər verir ki, saxlanılan iki müttəhim məhkəməyə həbsxanadan Audio və Video İnformasiya Sistemi vasitəsilə qoşulub.

Müttəhimlər Ahmet Koray Özgür və Alperen Erkutun “casusluq məqsədilə qadağan olunmuş məlumatları əldə etmək” cinayəti ilə 10 il müddətinə azadlıqdan məhrum edilmələri təklif olunsa da, məhkəmə onların cəzasını 8 il 4 aya endirib.

35 müttəhimin hamısının eyni cinayətə görə 8 il müddətinə azadlıqdan məhrum edilməsi təklif olunsa da, hakim heyəti 6 il 8 ay cəza hökmü çıxarıb. Eyni zamanda müttəhimlərin xaricə çıxışı qadağan olunub. Məhkəmə heyəti ümumilikdə 19 müttəhimə bəraət verib.

V. QULİYEV
Seçilən
20
reyting.az

1Mənbələr