İndoneziya sakini Renada Fadheyə 2020-ci ildə özündən 35 yaş böyük boşanmış kişiyə ərə gedib. Lakin toydan sonra ərinin köhnə şəkillərinə baxanda şok keçirib.
Bakupost.az xəbər verir ki, qadın hələ 2000-ci illərdə ərinin birinci toyunda qonaqlar arasında olduğunu görüb. Bəyin evləndiyi qadın Renadagilin uzaq qohumu imiş. O zaman 8 yaşı olan Renada fotolarda bəylə gəlinin yanında dayanıb.
2011-ci ildə boşanan kişi 2020-ci ildə Renada ilə evlənib. Arada yaş fərqinin çox olmasına baxmayaraq, qadın evliliyində xoşbəxt olduğunu bildirib. Və bu evliliyin sonuncu olduğunu deyib. Sosial şəbəkə istifadəçiləri bəyin birinci toyda indikindən daha yaşlı göründüyünə də təəssüb edib.
Aygün Musayeva
BakuPost