AZ

Tramp gələn həftə Zelenski ilə görüşəcək

Tramp

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə mümkün görüşə eyham vurub.

Reyting.az
xəbər verir ki, Tramp gələn həftə Ukrayna liderinin BMT Təhlükəsizlik Şurasının Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı iclasında çıxış etmək üçün ABŞ-da olacağı zaman Zelenski ilə “çox güman ki” görüşəcəyini bildirib.

Tramp jurnalistin Ukrayna lideri ilə görüşüb-görüşməyəcəyi ilə bağlı sualına “Yəqin ki, bəli” deyib.

Xatırladaq ki, Donald Tramp Ukraynadakı müharibə ilə bağlı dəfələrlə ziddiyyətli bəyanatlar verib. Məsələn, o, iddia edib ki, prezident olsaydı, Rusiya Ukraynaya hücum etməzdi. O, həmçinin deyib ki, 24 saat ərzində Rusiya-Ukrayna müharibəsini bitirə bilər.

Qeyd edək ki, Trampın potensial olaraq yenidən ABŞ prezidenti seçiləməsi Ukraynanın Qərb müttəfiqlərinin narahatlığına səbəb olur. Çünki Respublikaçılar Partiyasının namizədi Ukraynaya dəstəyi əhəmiyyətli dərəcədə azalda və ya hətta dayandıra bilər.

Onu da qeyd edək ki, ABŞ-nın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris də gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.

E. KAMAL
Seçilən
11
50
reyting.az

10Mənbələr