AZ

Rusiya döyüş meydanında yeni problemlə üzləşəcək

Rusiya

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın arxa logistika obyektlərinə zərbələri döyüş meydanında ruslara ciddi təsir göstərəcək.

Reyting.az
xəbər verir ki, bunu Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildiriblər.

Analitiklər xatırladırlar ki, 2022-ci ilin yayında Müdafiə Qüvvələri HIMARS MLRS ilə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki Rusiya sursat anbarlarına hücum edib və onu dağıdıb. Nəticədə rus ordusunun maddi-texniki təminatının səmərəliliyi azalıb.

Ekspertlərin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı sursat anbarlarına xarakterinə və miqyasına görə dünənki Toropets hücumuna bənzər hücumlar rus hərbi komandanlığını dəstəyin yenidən təşkili və digər oxşar qərar qəbuluna məcbur edə bilər. Belə qərarlardan birinin də potensial hücumları azaltmaq olması mümkündür.

“Rusiya ordusu çox güman ki, sığınacaqlar yaratmaqla bir çox logistik obyektlərdə zəiflikləri aradan qaldırmayıb və Ukraynanın uzaqmənzilli zərbə imkanlarını daha da inkişaf etdirməsi bu cür zəifliklərindən daha səmərəli istifadə etməyə imkan verə bilər”,- ISW qeyd edir.

Analitiklər hesab edirlər ki, Ukrayna ordusunun rusların döyüş sursatı və raket anbarlarına növbəti hücumları onun maddi ehtiyatlarının əhəmiyyətli hissəsini məhv edə bilər.

“Ukrayna hərbçilərinin Rusiya ərazisindəki hədəflərə zərbələri bütün əməliyyat teatrında hücum əməliyyatlarına təsir göstərməsi mümkündür. Əgər Ukrayna ordusunun Rusiya ərazisindəki logistika və dəstək obyektlərinə zərbələr endirmək üçün genişmiqyaslı kampaniya aparmaq icazəsi varsa, bu, baş verəcək”,- analitiklər qeyd ediblər.

Xatırladaq ki, dünən Toropetsdəki anbar dron hücumuna məruz qalıb. Nəticədə yanğın olub və sursatlar partlamağa başlayıb. Şəhərdə evakuasiya elan edilib.

Məlumata görə, onlarla arsenal anbarının hər birində 240 tona qədər sursat yerləşə bilər. “Defense Express” informasiya və konsaltinq şirkətinin direktoru Sergey Zqurets hesab edir ki, ən azı 60-70 anbar hücuma məruz qalıb, burada 30 minə qədər müxtəlif döyüş sursatı saxlanılıb.

Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr bildirirlər ki, anbarda “İskəndər” operativ-taktiki raket kompleksləri üçün nəzərdə tutulan raketlər, “Toçka-U” taktiki raket kompleksləri, KAB-lar və artilleriya sursatlar olub.

ELÇİN
Seçilən
8
reyting.az

1Mənbələr