Latviya, Polşa və Rumıniyanın müdafiə nazirləri NATO müttəfiqlərinə birgə məktub yazıblar. Məktubda, Alyansın şərq cinahında hava hücumundan müdafiə tədbirlərinin dərhal gücləndirilməsinin zəruriliyi qeyd edilir.
Bu barədə “Delfi” məlumat yayıb.
Latviyanın müdafiə naziri Andris Spruds Buxarest 9 ölkənin müdafiə nazirlərinin görüşündə “NATO-nun hava məkanını gücləndirmək üçün təcili kollektiv həllər tapmağa” çağırıb.
Latviyanın təşəbbüsü ilə keçirilən görüşdə Rumıniya, Polşa və Litvanın nümayəndələri bir araya gələrək, Rusiyanın pilotsuz təyyarələri tərəfindən NATO-nun hava məkanının son pozulmaları, həmçinin NATO hava məkanının gücləndirilməsi üçün milli və Alyans səviyyəsində atılması lazım olan addımları müzakirə ediblər.
Latviya, Polşa və Rumıniyanın müdafiə nazirləri müttəfiqlərə birgə məktub imzalayıblar. Onlar hesab edirlər ki, NATO ölkələri "alçaq və yavaş uçan obyektləri aşkar etmək və zərərsizləşdirmək bacarıqlarını gücləndirməlidirlər".
“Rusiyanın təcavüzü NATO ölkələri üçün risklər və təhdidlər yaratmaqda davam edir, o cümlədən Rusiya pilotsuz təyyarələrinin hava məkanını pozması son bir ayda təkcə Latviyada deyil, həm də Rumıniya və Polşada rus pilotsuz təyyarələri ilə bağlı insidentlər baş verib”, - Spruds qeyd edib.
Oxuməni.az