AZ

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

Bakı. Trend:

15-16 noyabr 2024-cü il tarixlərində COP29 çərçivəsində BakıdaBeynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və AzərbaycanRespublikası Energetika Nazirliyi tərəfindən Mərkəzi Asiyada Enerjikeçidi üzrə ilk İnvestisiya Forumu keçiriləcək.

Trend xəbər verir ki, forumiqlimlə bağlı maliyyələşmənin əsas prioritet istiqamət olduğunəzərə alınmaqla, bu sahədə ambisiyaların artırılmasına və praktikitədbirlərin həyata keçirilməsinə dəstək məqsədini daşıyır.

Forumun keçirilməsi ilə bağlı IRENA-nın baş direktoru Francescola Camera deyib:

"Lazımi investisiyaların cəlb edilməsində ciddi çətinliklərləüzləşməsinə baxmayaraq, Mərkəzi Asiya bərpa olunan enerjimənbələrindən istifadənin inkişafı üçün böyük potensiala malikdir.COP29 çərçivəsində enerji keçidinə dair Bakıda keçiriləcəkİnvestisiya Forumu sərmayələrlə bağlı maneələri aradan qaldırmaq,maraqlı tərəflərin fəaliyyətlərini əlaqələndirmək və dünyanındiqqətini bu bölgədən olan layihələrə cəlb etmək üçün xüsusi olaraqhazırlanıb".

COP29-un prezidenti Muxtar Babayev əlavə edib:

"Azərbaycan yaşıl enerji keçidinə sadiqdir və hazırda bərpaolunan enerji mənbələri sahəsində qonşu Mərkəzi Asiya ölkələri iləsıx əməkdaşlıq qurulub. Enerji sistemlərinin birləşdirilməsihaqqında Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetikanazirləri arasında əldə edilmiş razılıq kimi təşəbbüslər buəməkdaşlığın sübutdur. Biz inanırıq ki, dünya bu ilin noyabrındaBakıda bir araya gələndə COP29 tədbiri gənclərin, bərpa olunanenerji potensialının və canlı iqtisadiyyatın köməyi ilə MərkəziAsiyanın yaşıl və ədalətli inkişaf yolunda irəliləməsi üçüntramplin rolunu oynaya və bu yolu davam etdirmək üçün lazımiinvestisiyaları cəlb edə bilər”.

Energetika naziri Pərviz Şahbazov isə bildirib:

"Azərbaycan bərpa olunan enerjinin regional layihələrləinkişafını təmin edən strateji əhəmiyyətli təşəbbüslərinreallaşması üçün mühüm addımlar atır. Azərbaycan, Qazaxıstan vəÖzbəkistanın enerji sistemlərinin birləşdirilməsi, Mərkəzi Asiyaölkələrinin nəhəng enerji potensialının “yaşıl enerji dəhliz”ləriilə Türkiyə və Avropa bazarlarına nəql olunması əsasprioritetlərimizdən biridir. COP29 zamanı lRENA və Azərbaycanınbirgə keçirəcəyi Enerji Keçidi İnvestisiya Forumunun Mərkəzi Asiyaölkələri ilə “yaşıl enerji” tərəfdaşlığını gücləndirəcək,investorların, enerji şirkətlərinin marağını cəlb edəcək vəmüştərək layihələrimizin həyata keçirilməsini sürətləndirəcəkməhsuldar platforma olacağına inanırıq."

Qeyd edək ki, iki günlük forumda Mərkəzi Asiyadakı bərpa olunanenerji keçidi layihələrinə investisiya yatırımlarının təşviqiməqsədilə dünya və region üzrə maraqlı tərəflər bir araya gələcək.Forum BƏƏ-nin COP28-də əldə etdiyi konsensus nəticələriniirəlilətmək üçün bərpa olunan enerjinin inkişafını təşviq etmək vəenerjiyə keçidlə əlaqəli texnologiyalara investisiyalarınartırılması imkanları ilə bağlı hökumətlər, maliyyə institutları,investorlar, layihənin icraçı tərəfdaşları, layihə tərtibatçıları(developerlər) və digər əsas maraqlı tərəflər arasında genişdialoqun təşkili üzrə platforma təmin edəcək. Burada həmçininikitərəfli sessiyalar üçün imkanlar və qlobal investorlara, maraqlıtərəflərə regionun bərpa olunan enerji layihələrini nümayişetdirəcək sərgi sahəsi təqdim olunacaq.

IRENA Mərkəzi Asiyadan olan şirkətləri bərpa olunan enerjilayihələrini Forumda investorlara təqdim etməyə dəvət edir.Seçilmiş layihələr İqlim İnvestisiya Platforması (CIP) və IRENAtərəfindən idarə olunan Enerji Keçidinin SürətləndirməsiPlatforması (ETAF) tərəfindən nəzərdən keçirilə bilər.

Layihələrə olan tələblər haqqında CIPETAF saytlarındanətraflı məlumat əldə edilə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
30
az.trend.az

10Mənbələr