AZ

Avropada koronavirusun yeni variantı yayılır

Avropa ölkələrində koronavirusunun yeni alt növü XEC yayılmağa başlayıb. Epidemioloqların fikrincə, bu alt növ dominantlardan birinə çevrilə bilər.

Xezerxeber.az xəbər verir ki, XEC ilk dəfə yayın əvvəlində Almaniyada qeydə alınıb, ardınca 11 Avropa ölkəsinə yayılıb.

XES alt növü virusun iki fərqli variantının birləşməsidir. Onlar genetik məlumatlarını qarışdıraraq virusun yeni variantını yaradırlar. Bu, hazırda koronavirusun tamamilə dominant forması olan “omikron”un alt variantıdır.

Virus daim insanlarda immunitet vəziyyətinə uyğunlaşan yeni mutasiyalar əmələ gətirir. XEC-də onun əvvəlki variantlara yoluxmuş şəxslər arasında daha asan yayılmasına imkan verən dəyişikliklər var.

Tibb ekspertlərinin sözlərinə görə, XEC-in əvvəlki variantlardan daha təhlükəli olduğuna, həmçinin, peyvənd sayəsində əhalinin ciddi ağırlaşmalardan yaxşı qorunduğuna dair heç bir əlamət yoxdur.

Seçilən
81
11
xezerxeber.az

10Mənbələr