“Barselona”nın müdafiəçisi İniqo Martinesin müqaviləsi gələn yayda bitəcəyi üçün mövsümün sonunda komandadan ayrıla bilər. Bununla belə, ispaniyalı futbolçunun “Barsa” ilə müqaviləsinin avtomatik uzadılması mümkündür.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Martines bu mövsüm “Barselona”nın ən azı 60 faiz oyunlarında 45 dəqiqədən çox meydanda olarsa, onunla müqavilə avtomatik olaraq yenilənəcək. Kataloniya klubunun hazırkı baş məşqçisi Hans-Diter Flik onu çox dəyərləndirir.33 yaşlı futbolçu bu yay satıla bilərdi, lakin Flik “Barselona”da əsas oyunçulardan birinə çevrilən mərkəz müdafiəçisinin gedişini əngəllədi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta