“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasında “İnter”lə qarşılaşdıqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Çətin oyun olacağını bilirdik. “İnter” yaxşı təkmilləşmiş və yüksək səviyyəli komandadır. Bizə qol vurmağa imkan vermədilər. Amma nəyəsə görə peşman deyiləm. “İnter”in oyun tərzini bilirəmm, ona görə yaxşı oynadığımızı deyiləm. Onlar müdafiədə çox etibarlıdırlar və çox qol imkanı yaradacağımızı düşünmürdük.
Hücumçumuz Erlinq Haalandı yaxşı saxlamışdılar. 6 oyunçu onu izləyirdi. Belə məqamda Haaland üçün hər şey çətin olur”.