AZ

KTMT-nin təlimləri Qazaxıstanda keçiriləcək

Sentyabrın 26-dan oktyabrın 7-dək Qazaxıstanın Almatı vilayətindəki Bereq poliqonunda KTMT-nin kollektiv sülhməramlı qüvvələri ilə “Sarsılmaz qardaşlıq-2024” komanda-qərargah təlimi keçiriləcək, Bu barədə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

“Döyüş hazırlığı tapşırıqlarını yerinə yetirmək üçün sentyabrın 18-dən Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbi kontingentlər birgə qaydada təlimin keçirildiyi əraziyə gəlməyə başlayacaq. Hərbi qulluqçuların Almatı və Jetısu vilayətləri ərazisi ilə hərəkəti dəmir yolu və avtomobil nəqliyyatı ilə həyata keçiriləcək”, - Müdafiə Nazirliyindən bildirilib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
oxumeni.az

7Mənbələr