AZ

Çempionlar Liqası: “Arsenal” “Atalanta”ya, “Barselona” “Monako”ya qarşı

Çempionlar

Bakı, 19 sentyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının yeni formatda keçirilən əsas mərhələsində bu gün ilk turun matçlarına yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, son oyun günündə də 6 qarşılaşma oynanılacaq.

Günün maraqla gözlənilən görüşləri İtaliya və Fransada baş tutacaq. “Atalanta” İngiltərənin “Arsenal” komandasını, “Monako” isə İspaniya “Barselona”sını qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

19 sentyabr

20:45. "Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya)

20:45. "Feyenoord" (Niderland) - "Bayer" (Leverkuzen, Almaniya)

23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə)

23:00. "Atletik" (İspaniya) - "Leyptsiq" (Almaniya)

23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya)

23:00. "Brest" (Fransa) - "Şturm” (Avstriya)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində II tur oktyabrın 1-də start götürəcək.

 

Seçilən
18
16
azertag.az

10Mənbələr