UEFA Çempionlar Liqasının yeni formatda keçirilən əsas mərhələsində bu gün ilk turun matçlarına yekun vurulacaq. SİA xəbər verir ki, son oyun günündə də 6 qarşılaşma oynanılacaq.
Günün maraqla gözlənilən görüşləri İtaliya və Fransada baş tutacaq. “Atalanta” İngiltərənin “Arsenal” komandasını, “Monako” isə İspaniya “Barselona”sını qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
19 sentyabr
20:45. "Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya)
20:45. "Feyenoord" (Niderland) - "Bayer" (Leverkuzen, Almaniya)
23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə)
23:00. "Atletik" (İspaniya) - "Leyptsiq" (Almaniya)
23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya)
23:00. "Brest" (Fransa) - "Şturm” (Avstriya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində II tur oktyabrın 1-də start götürəcək.