AZ

Bu şəhərdə əhalinin yarısı fahişədir - Maraqlı məlumatlar

7 iyun 1692-ci ildə zəlzələ və onun yaratdığı sunami nəticəsində Qərb yarımkürəsindəki İngilis müstəmləkəçiliyinin ən böyük mərkəzlərindən biri olan Yamayka adasındakı Port Royal şəhəri dağıldı. Şəhər Birləşmiş Krallığın dəniz bazası və Karib dənizindəki məşhur dəniz quldurlarının mərkəzi idi. RegionXəbərləricom.az Lent.az-a istinadən dağılması ilə dünyada piratçılığın zəifləməsinə səbəb olan Port-Royal şəhəri haqda yazını təqdim edir. Avropalı müstəmləkəçilərin gəlişindən əvvəl Yamaykada Aravak qəbiləsindən olan hindular yaşayırdı. 1494-cü ildə ada Xristofor Kolumb tərəfindən kəşf edildi və tezliklə Cənubi və Mərkəzi Amerikada İspan fəthləri üçün əsas bazaya çevrildi. Yamaykanın yerli əhalisinin çoxu müstəmləkəçilər tərəfindən məhv edildi.  vakansiyaGələcək Port Royal şəhərinin yerində məskunlaşma hələ ispanlar tərəfindən qurulmuşdu, lakin əvvəlcə bura müvəqqəti mərkəz kimi baxılırdı. İspaniya kralının təbəələri Amerika qitəsində qızıl axtarırdılar və Yamayka onlar üçün ikinci dərəcəli bir ərazi idi. 1655-ci ildə ingilislər Yamaykanı ispanların əlindən alır. Tezliklə gələcək Port-Royalın yerində ingilis istehkamlarının inşasına başlandı. Çünki Yamaykanın cənub-şərqində — böyük bir limanla və ən vacib dəniz yollarının kəsişməsində yerləşən Port-Royal son dərəcə əlverişli mövqeəd idi.Mülki ingilislər yeni istehkamlar bölgəsində məskunlaşdılar: dənizçilər, tacirlər, sənətkarlar və həyat qadınları yeni şəhərin əsas kütləsini təşkil edirdi. Qəsəbə əvvəlcə Kaquey adlanırdı. Lakin 1660-cı ildə İngiltərədə monarxiyanın bərpasından sonra Port-Royal ("Kral limanı") adlandırıldı. Tarixçilərin qeyd etdiyi kimi, liman şəhəri həm hərbi, həm də mülki gəmilərin yüklənməsi, boşaldılması və istismarı üçün ideal bir yer halına gəldi.Tarixi mənbələr şəhər əhalisinin yarısı fahişlərin digər yarısını isə dənizçilərin, piratların və sənətkarların təşkil etdiyini yazır. Port-Royalda kaper adlanan özəl gəmilər var idi və həmin kaperlər düşmən ölkələrin gəmilərinə qarşı hərəkət etmək üçün Böyük Britaniyadan icazə alırdı. Port-Royal-ın coğrafi mövqeyi, talan edilmiş sərvətlərin və Amerikada çıxarılan qiymətli metalların Avropaya ixrac edildiyi İspan limanlarına sürətli basqınlar etməyə imkan verirdi.Tarixçilərin qeyd etdiyi kimi, kaperlərin fəaliyyətinə icazə verməklə ingilislər bir anda iki problemi: özəl gəmilərin əldə etdikləri qənimətin bir hissəsini vergi olaraq almaqla xəzinəni doldurdurmağa və o dövrdə İngiltərənin dünya səhnəsindəki əsas rəqiblərindən biri olan İspanların təsiri ilə mübarizə aparmağa icazə verirdi. Ticarət və kaperliyə icazə (dəniz quldurluğu) Port-Royalı tez zənginləşdirdi. Onun ən çiçəklənən dövründə əhalisi, müxtəlif hesablamalara görə, 6 mindən 10 min nəfərə çatırdı. Şəhər Boston ilə birlikdə Qərb yarımkürəsində Britaniyanın ən böyük mərkəzlərindən birinə çevrildi. Port Royalda təxminən 2 min bina var idi və buradakı daşınmaz əmlakın dəyəri, tarixçilərin fikrincə, Londonun bəzi əraziləri ilə müqayisə edilə bilərdi. Yerli əhali o qədər zəngin idi ki, məişətdə gümüş qablardan istifadə edir, atları gümüşlə geyindirirdilər. Mütəxəssislərin qeyd etdiyi kimi, eyni dövr ərzində Şimali Amerikanın bütün limanlarının daxil olan sayda ticarət və hərbi gəmi bir il ərzində Port Royal limanına daxil olurdu. Tarixçilərin fikrincə, Port Royal binalarının təxminən üçdə biri fahişəxanalar və içki mağazalarından ibarət idi. Basqınlardan sonra dincələn dəniz quldurları şəhərdə təmtəraqlı şənliklərə can atır, özləri üçün müxtəlif qəribə əyləncələr icad edirdi, buna görə Port-Royal "Yeni Dünyanın Sodomu" və "Şər şəhər"i adlanırdı.Port-Royal sakinləri, öz növbəsində, Yamaykada əkin sahələrinin inkişafına piratçılıq və tranzit ticarətindən əldə etdikləri vəsaiti yatırmağa çalışır və yaxşı gəlir əldə edirdi. Dəniz quldurlarından bəziləri kifayət qədər pul yığaraq piratçılığın daşını atır və rüşvət hesabına cəmiyyətin hörmətli vətəndaşları - dövlət qulluqçuları və ya sahibkarlar olurdular. Məsələn, Port-Royalda bazası olan məşhur dəniz qulduru Henri Morqan sonralar Yamaykanın vitse-qubernatoru oldu və adada geniş əkin sahələrinə sahib oldu. 7 iyun 1692-ci ildə Port Royal sakinləri güclü yeraltı təkanlar hiss etdilər. Yerdəki nəhəng çatlar binaları və insanları uddu. Və sonra zəlzələ nəticəsində yaranan sunami dalğaları şəhərdə sağ qalanları vurdu. Şəhər binalarının təxminən üçdə ikisi tamamilə dağıldı, əhəmiyyətli bir hissəsi suyun altında qaldı. Cəmi bir neçə dəqiqə ərzində təxminən 2 min insan öldü. Ancaq Port-Royal sakinlərinin dərdləri bununla bitmədi. Şəhərdə qalan quldurlar onlara müqavimət göstərə bilməyənləri talan etməyə tələsdilər. Və çox sayda çürümüş cəsəd və antisanitariya səbəbindən Port-Royalda epidemiyalar başladı. Fəlakət günü aldığı xəstəliklərdən və yaralanmaların nəticələrindən qısa müddətdə təxminən 3 min sakin öldü.İngilis səlahiyyətliləri Port-Royalı canlandırmağa çalışdılar, lakin bu cəhdlər uğursuz oldu. 1703-cü ildə keçmiş pirat paytaxtının yaxınlığında tikilmiş qəsəbə yanğın nəticəsində məhv edildi. XVIII əsrdə şiddətli qasırğalar bu yerləri vurdu. "Zəlzələ və digər bədbəxtliklərdən xilas olan insanların çoxu, sakinlərinin günahları üçün Allahın əzabının Port Royal-a düşdüyünə qərar verdilər, buna görə də şəhəri bərpa etmək fikrindən vaz keçdilər. Bu, Karib dənizindəki piratçılığa güclü zərbə oldu. İndi şöhrəti bütün dünyada yayılmış Port-Royalın yerində kiçik bir balıqçı kəndi var. 














Paylaş:

Seçilən
15
3
regionxeberlericom.az

4Mənbələr