AZ

KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb

İsrail uzun müddətdir Livanda peycerləri partlatmaq üçün mürəkkəb əməliyyata hazırlaşırdı. Bundan əvvəl Macarıstanda partlayıcı maddələrlə təchiz olunan rabitə cihazları istehsal edən saxta şirkət yaradıb.

"Report" xəbər verir ki, bu barədə TASS "The New York Times"a istinadən xəbər verir.

Nəşrin mənbələrinə görə, İsrail bu məqsədlə özünü beynəlxalq peycer istehsalçısı kimi təqdim edən saxta şirkət yaradıb. Mənbələrə görə, Budapeştdə qeydiyyatdan keçmiş “BAC Consulting” “İsrail cəbhəsinin bir hissəsi” olub.

Həmçinin iddia olunur ki, əməliyyatda iştirak edən şəxslərin kimliyini gizlətmək üçün ən azı daha iki saxta şirkət yaradılıb və onlar İsrail kəşfiyyatının əməkdaşları olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
sam.az

2Mənbələr