AZ

Azərbaycanda dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı yoxlanılacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən simulyasiya üsulu vasitəsilə dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı yoxlanılacaq. Bu layihə yaxın

zamanlarda həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Bakıda keçirilən “Kibertəhlükəsizlik günləri” çərçivəsində “Texnoloji inkişafın və innovasiyaların effektiv idarə edilməsi üzrə milli tənzimləmələr” mövzusunda paneldə çıxışı zamanı deyib.

“Azərbaycanda kibertəhlükəsizlik sahəsində dövlət və özəl qurumların əməkdaşları üçün xüsusi təlim layihələrin keçirilməsi, yeni platformarların yaradılması istiqamətində ciddi işlər aparılır. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının mövcud və ya yarana biləcək təhlükələrdən qorunması məqsədilə kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirlərini davam etdirir. Həmçinin XRİTDX tərəfindən ölkəmizdə “Kibirgigiyena” adlı pilot layihə həyata keçirilir. Layihənin əsas məqsədi informasiya təhlükəsizliyinə dair biliklərin artırılması və möhkəm kiberimmuna sahib olmaqdır. Layihənin icrası çərçivəsində dövlət qurumlarında çalışan mühəndislərin kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən olunur. Bu layihənin icrası davam edir”, - deyə T.Məmmədov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
3
azertag.az

4Mənbələr