Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycan şəffaflıq hesabatını hazırlayacaq.
aia.az xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real Tv”yə müsahibəsində deyib.
O bildirib ki, COP29 çərçivəsində ölkələr şəffaflıq hesabatını təqdim edəcəklər: "Bu, iqlim layihələri ilə bağlı hesabatdır”.
M.Babayevin sözlərinə görə, bu sənədlər kifayət qədər vacibdir: “Azərbaycan çalışacaq ki, COP29-a qədər bu sənədi hazırlasın və təqdim etsin”.
Nazir onu da əlavə edib ki, COP29 çərçivəsində Azərbaycanda bir çox yaşıl layihələr təqdim olunacaq: "Bunların xeyli hissəsi Qarabağla bağlı olacaq. Digər regionlarla bağlı da layihələr var. COP29 Azərbaycanın özünü təqdim və təbliğ etməsi üçün yaxşı imkandır".
aia.az