AZ

Dövlət Suverenliyi Günü təsis edilib

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib. Bununla bağlı bu gün, sentyabrın 19-da prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilsin. Sənəddə vurğulanır ki, 2020-ci ildə 44 günlük savaşda Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Sərəncamda daha sonra 2023-il sentyabrın 19-da cəmi 23 saat çəkən “antiterror” əməliyyatının keçirildiyi vurğulanır. Sənədə görə, bununla da Azərbaycanın bütün ərazisində suverenliyi bərpa edilib. 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib. 2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda “lokal antiterror tədbirləri” elan edib. Yerevan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
xural.com

1Mənbələr