AZ

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini məhv etdi -FOTO

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalındakı Qara bölgəsində yeni əməliyyat keçirib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Bildirilib ki, əməliyyat zamanı PKK/KCK terror təşkilatının rəhbərlərindən biri olan Halil Yiğit öldürülüb. 

Qeyd olunub ki, 2007-ci ildə Şırnak çölündə təşkilatçılıq fəaliyyətinə başlayan Yiğit Şırnakın Silopi rayonunda silah və əldəqayırma partlayıcılarla terror aksiyalarına qatılıb.

 

Xəndək-barrikada insidentlərində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil edən Yiğit 2018-ci ildə Suriyada terror təşkilatı YPG-nin tərkibində fəaliyyət göstərib. Yiğit son olaraq İraqın Qara bölgəsində təşkilati fəaliyyətlər həyata keçirib.

Seçilən
20
11
senzor.az

10Mənbələr