Rusiyanın Ukraynaya hücumu nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Ukraynaya qarşı hücumlarını davam etdirir.
Rusiya ordusu gecə saatlarında Ukraynanın cənubundakı Zaporojya bölgəsini hədəfə alıb. Vilayət qubernatoru İvan Fedorov verdiyi açıqlamada hücumlarda 74 yaşlı qadının öldüyünü, iki qadının isə yaralandığını bildirib. Rusiya əsgərlərinin son 24 saatda bölgədəki 12 yaşayış məntəqəsini 161 dəfə hədəfə aldığını bildirən Federov, hücumlar nəticəsində infrastruktur və binaların zərər gördüyünü bildirib.