Texnologiya sektorunda patent müharibələri günü-gündən artarkən, “Samsung” bu dəfə Kaliforniya mərkəzli “Mojo Mobility” adlı texnologiya startapı ilə açdığı patent davasında böyük zərbə aldı.

İndex.az xəbər verir ki, Texasın Şərq Bölgəsi üzrə Federal Məhkəməsi “Samsung”un “Mojo Mobility”nin simsiz enerji doldurma texnologiyasına dair beş patentini pozduğuna qərar verib və şirkəti 192 milyon dollar təzminat ödəməyə məcbur edib.

Qeyd edək ki, bu qərar “Samsung”un patent pozuntuları ilə bağlı üzləşdiyi ən böyük maliyyə yüklərindən biridir.