Azərbaycan avarçəkənləri bu gün Macarıstanın Seqed şəhərində start götürəcək kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq turnirində iştirak edəcəklər. Bu barədə SİA-ya Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən məlumat verilib.
Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə isə kanoe növündə mübarizə aparacaq.
Onlara böyük məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudz rəhbərlik edəcəklər.
Qeyd edək ki, yarış sentyabrın 22-də başa çatacaq.