AZ

Müdafiə Nazirliyi ilk dəfə olaraq "ADEX"də stendlə iştirak edəcək

Yazını böyüt
Yazını kiçilt

2024-cü ildə "ADEX" sərgisinin əhatə etdiyi bölmələr sırasına yeni bir sektor - kibertəhlükəsizlik əlavə edilib.

Hafta.az xəbər verir ki, bu barədə “ADEX” və “Securex Caspian” sərgilərinin layihə rəhbəri Ülkər Qasımova 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi "Securex Caspian" sərgilərinə həsr olunmuş mətbuat konfransından çıxışı zamanı deyib.

O qeyd edib ki, 2024-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilk dəfə olaraq tədbirdə stendlə iştirak edəcək.

“ADEX" sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar,
hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsalting, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri və digər sektorlar təmsil olunacaqdır. 2024-cü ildə "ADEX" sərgisinin əhatə etdiyi bölmələr sırasına
yeni bir sektor - kibertəhlükəsizlik əlavə edilib.

"ADEX" sərgisi ilə paralel olaraq təşkil edilən "Securex Caspian" sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək”,- deyə o bildirib.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tadbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçiriləcək. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilacak. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə İştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-yə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Seçilən
2
10
hafta.az

9Mənbələr