AZ

Avarçəkənlərimiz Macarıstandakı yarışda iştirak edəcəklər

Azərbaycan avarçəkənləri bu gün Macarıstanın Seqed şəhərində start götürəcək kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq turnirində iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidməti məlumat yayıb.

Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə isə kanoe növündə mübarizə aparacaq.

Onlara böyük məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudz rəhbərlik edəcəklər.

Qeyd edək ki, yarış sentyabrın 22-də başa çatacaq.

Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib - FOTO - VİDEO

Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək

Paris-2024: Avarçəkənimiz 17-ci oldu

Paris-2024: Dımçenko da medal şansını itirdi

Paris-2024: Avarçəkənimiz 1/4 finalda!

Seçilən
24
3
apasport.az

4Mənbələr