Rusiya hakimiyyəti orduya oktyabrın ortalarına qədər Ukrayna Silahlı Qüvvələrini Kurskdan çıxarmaq tapşırığı verib.
Missiya.Az xəbər verir ki. bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Bildirilir ki, Rusiya qoşunlarına oktyabrın 15-dək Ukrayna qüvvələrini bütün Kursk vilayətindən sıxışdırıb çıxarmaq, oktyabrın 30-dək isə Ukrayna ərazisində bufer zonası yaratmaq tapşırılıb.
Qeyd olunub ki, bu planı həyata keçirmək üçün Rusiya Müdafiə Nazirliyi bölgədə 37 min hərbçi cəmləşdirib.
Daşqın HəsənovMissiya.Az