AZ

Rusiya Ukraynaya hücum etdi : 1 ölü

Rusiyanın Ukraynaya hücumu nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru İvan Fedorov açıqlama verib.
 
Belə ki, Rusiya ordusu gecə saatlarında Ukraynanın cənubundakı Zaporojya bölgəsini hədəfə alıb. Hücumlarda 74 yaşlı qadının öldüyünü, iki qadının isə yaralandığını bildirilib.
 
Rusiya əsgərlərinin son 24 saatda bölgədəki 12 yaşayış məntəqəsini 161 dəfə hədəfə aldığını bildirən Federov, hücumlar nəticəsində infrastruktur və binaların zərər gördüyünü bildirib.
 
Oksana
Seçilən
8
1
azxeber.com

2Mənbələr