AZ

Rusiya Hindistana T-72 tanklarını modernləşdirməyə kömək edəcək

Hindistan Rusiya ilə əməkdaşlıq edərək T-72 döyüş tanklarını modernləşdirir. Bu tankların sonra ixrac edilməsi ehtimalı var.

Herbiand.az bildirir ki, TASS agentliyi bu barədə Indian Defence News portalına istinadən məlumat yayıb.

Hindistan nəşrinin mənbəsinin məlumatına görə, T-72 tankları ölkədə modernləşdiriləcək və sonra ixrac ediləcək. Hindistan qoşunlarının silahlanmasında belə döyüş maşınlarının sayı 2500-ə yaxındır. Ölkənin Silahlı qüvvələri  bu tankları 1970-ci illərdən istifadə etməyə başlayıb.

T-72 tankları hələ də dünyanın ən etibarlı maşınlarından biri hesab olunur. Onlara tələbat yüksək olaraq qalır. Afrika, Yaxın Şərq və Asiya ölkələri bu maşınlara artıq maraq göstərib. Hindistan və Rusiyanın texniki ekspertləri istismarı dayandırılmış texnikaların yenidən istifadəyə verilməsi üzərində işləyirlər.

TASS-dakı mənbə təsdiqləyib ki, Moskva və Yeni Dehli bu məsələ ilə bağlı danışıqlar aparır, lakin onlar hələ ilkin mərhələdədirlər.

Agentliyin həmsöhbəti istisna etməyib ki, modernləşdirmədən sonra Hindistan ola bilsin ki, tankları ixrac etməyəcək: “Həqiqətən də mövzu var. Danışıqlar hələ yeni başlayıb. T-72 dünyanın ən yaxşı tanklarından biridir. Bəlkə də, modernləşdirmədən sonra Hindistan onları özünə saxlayacaq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr