AZ

Rusiya və İran arasında müqavilə imzalanacaq

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasına göstəriş verib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Prezidentin sərəncamı hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub. Sərəncamda deyilir: “Rusiya Xarici İşlər Nazirliyinin maraqlı federal hökumət orqanları və təşkilatları ilə razılaşdırılmış Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı təklifi qəbul edilsin”. Qeyd edək ki, sentyabrın 2-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasına hazırlığı tezliklə başa çatdıracaqlar.        

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
manset.az

1Mənbələr