AZ

“Qarabağ” oyunu öncəsi “Tottenhem”də ciddi itkilər

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Tottenhem”də iki futbolçu sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Vilson Odeber və Timo Verner ölkə kubokunun 3-cü mərhələsinin “Koventri”yə qarşı matçında zədələnib. Futbolçuların son durumu ilə bağlı danışan “Tottenhem”in baş məşqçisi Anje Postekoqlu Oderberin zədəsinin ciddi olduğunu, Vernerin durumunun isə hələlik bəlli olmadığını bildirib.

Qeyd edək ki, “Qarabağ” sentyabrın 26-da səfərdə “Tottenhem”lə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
idmanxeber.az

1Mənbələr