AZ

İran parlamentində əfqanistanlılara qarşı faşist çağırış edildi

İranda qaçqın həyatı yaşayan əfqanistanlı qaçqınlar savadsız, bacarıqsız və ləyaqətsiz insanlardırlar və onların bizim ölkəmizin imkanlarından istifadə etməyə haqları yoxdur.

Bu sözləri İran parlamentinin üzvü Sara Fəllahi parlamentdki çıxışında deyib.

Özünü vətənpərvər adlandıran qadın millət vəkili əfqanistanlıların ölkədən çıxarılmasını və bu zəmində səhlənkarlıq edən rəsmilərin məsuliyyətə cəlb edilməsini tələb edib.

O, əfqanistanlı qaçqınları saatlı bomba adlandırıb, onların ölkə üçün təhlükə olduqlarını iddia edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazımi Qumi və ölkənin daxili işlər naziri Mömini də əfqanistanlı qaçqınların ölkədən çıxarılacaqları barədə bəyanatlar səsləndiriblər.

Onların dediyinə görə, 2025-ci ilin aprel ayına kimi 2 milyon əfqanistanlı qaçqın deportasiya olunacaq.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
visiontv.az

1Mənbələr