AZ

Məşhur tennisçi Milan Moda Həftəsinin podiumunda

Dünyanın 43-cü raketkasi, italyan tennisçi Matteo Berrettini Milanda keçirilən Moda Həftəsində BOSS kolleksiyasının təqdimatçısı kimi iştirak edib.

Bir neçə gün əvvəl Devis Kubokunda Niderlandla qarşılaşmada Botik van de Zandshulpa qalib gələn tennisçi tədbirə maneken kimi qatılıb.

Moda Həftəsində daha bir tennisçi BOSS-un siması kimi iştirak edib. Son “US Open” finalçısı, hazırda dünya reytinqinin yeddinci raketkasi Teylor Fritz də kolleksiyadan olan geyimi podiumda təqdim edib.

Xatırladaq ki, Milan Moda Həftəsi 1979-cu ildən keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
futbolinfo.az

1Mənbələr