AZ

Gürcülərlə Borrelin LGBT davası...

Bildiyiniz kimi Gürcüstan parlamenti bu yaxınlarda LGBT təbliğatına qarşı olan "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanunu uzun müzakirələrdən sonra qəbul etdi. Ancaq Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell isə Gürcüstan parlamentini LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb.

O, bununla bağlı hətta “X” platformasında ayrıca paylaşım da edib və həmin paylaşımında utanmadan bildirib ki, guya, bu qanunun qəbulu insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkiliyi artıracaq.

Borrelin paylaşımından sitat:

“Gürcüstan parlamenti “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunlar qəbul edib ki, bu da insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkiliyi artıracaq. Mən Gürcüstanı bu qanunu geri götürməyə çağırıram. Bu, ölkənin Aİ yolundan daha da uzaqlaşmasına səbəb olur”.

Borrelin bu açıqlaması absurdluğun lap zirvəsidir. Cinsi azlıqların nümayəndələri üçün əl-ayağa düşən bu “mavi”-qırmızı adam Gürcüstandakı 5-10 lgbt-yə görə bütün gürcü xalqını öz milli ailə dəyərlərindən imtina etməyə çağırır. Bu isə haqlı olaraq gürcülərdə qıcıq yaradır.

Borrelin gürcü xalqı ilə bu davası onu göstərir ki, Avropa Birliyi ənənəvi insanlıq modelindən tamamilə imtina etmək fikrindədir. Bu isə sivilizasiyalar arasında qarşıdurmanı daha da gücləndirəcək.

P.S.

Amerikalı sosioloq və politoloq Semyuel Hantinqton məşhur “Sivilizasiyaların toqquşması” əsərində bildirmişdi ki, gələcək müharibələr ölkələr arasında yox, mədəniyyətlər arasında baş verəcək. Budur, həmin proqnoz artıq doğrulmaqdadır.

Bəybala Mirzəyev

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
visiontv.az

1Mənbələr