AZ

Tbilisidə transseksual qadın, model Kesariya Abramidze öldürülüb

Yayımlandı: 19 Sentyabr 2024 11:27 Prezident: “Bu faciə əbəs olmamalıdır” Tbilisidə transseksual qadın, model Kesariya Abramidze öldürülüb. Müxtəlif KİV-lərdə yayılan məlumata görə, o, Didi Diqomi ərazisindəki evdə öldürülüb. Daxili İşlər Nazirliyi qətl faktını təsdiqləyir və Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə qəsdən adam öldürmə faktı ilə bağlı araşdırma başlandığını bildirir. Əldə olan məlumata görə, transseksual qadın boğazından bıçaqla ölümcül yaralanıb.Kesariya Abramidzenin dostu qətldə ittiham olunur. “Dəhşətli qətl! İnsanlığın inkarı! Ola bilsin ki, bu, cəmiyyətimizi oyandırsın”, – Gürcüstan Prezidenti Tbilisidə transgender qadın, model Kesariya Abramidzenin qətlə yetirilməsi xəbərini belə şərh edib. Salome Zurabişvili “Facebook” sosial şəbəkəsində yazıb: “Cəmiyyət düşmənə hər cür manipulyasiya vasitələrini verən, bizi zəiflədən və parçalayan nifrət içində basdırılmışdır. Bu gözəl gənc qadının ölümü ən azı bizim humanistləşməyimizə və ən azından xristianlaşmamıza töhfə verə bilər. Bu faciə əbəs olmamalıdır”, – Prezident yazıb. Ombudsman istintaqı transgender qadının qətlini dərhal araşdırmağa çağırıb. Gürcüstanın ictimai müdafiəçisi Tbilisidə transgender qadın, model Kesariya Abramidzenin qətlə yetirilməsinə münasibət bildirib. Levan İoseliani “Facebook” sosial şəbəkəsində yazıb: “Kesariya Abramidzenin dəhşətli qətli ilə bağlı kədərimi bildirmək istəyirəm. İlk olaraq ailəsinə və yaxınlarına başsağlığı verir və günahkarın tez bir zamanda cəzalandırılacağına ümid edirəm.Bu fakt daha bir sübutdur ki, hüquq-mühafizə orqanlarının və cəmiyyətin nifrət cinayətlərinə və gender kimliyi cinayətlərinə reaksiyası xüsusilə güclü olmalıdır”. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
xural.com

1Mənbələr