Türk Hava Yolları ilə yşadığı qalmaqalla gündəmə gələn Dilan Çıtak sosial media hesabında canlı yayım açaraq pərəstişkarlarına və ictimaiyyətə səslənib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, təyyarədə yaşadığı gərginliyi göz yaşları içində izləyicilərinə danışıb.
Çıtak, mə.hur sima olduğu üçün hadisənin bu qədər böyüdülərək tirajlanmasına üsyan edib:
"Mən narkotik istifadə etmədim, spirtli içki qəbul etmədim, təyyarəni qaçırmadım! Oğurluq etməmişəm, bu ölkəni aldatmamışam, nalayiq pozalar verib rüsvay olmamışam, pornoqrafiyam yayılmayıb, uşaqlara təcavüz etməmişəm, kişi olub qadını döyməmişəm, qadın öldürməmişəm. Heyvan haqlarına görə pişiyimə olan davranışa qarşı çıxmışam. Məşhur biri olduğum üçün bu qədər böyüdülüb və mənə qarşı qaralama kompaniyası başlatdığınızı görə bilirəm. Etdiyim heç bir şey üçün utanmıram. Bu olanlar üçün sadəcə evənlərimdən üzr istəyirəm" deyə müğənni göz yaşları içərisində bildirib.