“Neftçi” yarımmüdafiəçi Qara Qarayevlə yollarını ayırmayıb.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı “FutbolPress“ə açıqlamasında bildirdi:
“Qara məsələsində yenilik yoxdur. Nəsə olsa, rəsmi açıqlama veriləcək”.
Qara Qarayev bu mövsüm Premyer Liqada oyuna çıxmayıb. O, baş məşqçi Roman Qriqorçukun qərarı ilə heyətdən kənarlaşdırılıb.