AZ

BMT TŞ Livandakı partlayışlarla bağlı fövqəladə iclas keçirəcək

 

  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Livandakı hadisələri müzakirə etmək üçün oktyabrın 20-də fövqəladə iclas keçirəcək.

  BMT Təhlükəsizlik Şurasına sədrlik edən Sloveniya Əlcəzairin təcili iclas tələbini qəbul etdiklərini açıqlayıb.

  BMT TŞ-nin fövqəladə sessiyası 20 sentyabr Türkiyə vaxtı ilə saat 22.00-da (yerli vaxtla 15.00) başlayacaq.

  Xatıradaq ki, sentyabrın 18-də ''Hizbullah''ın istifadə etdiyi rabitə vasitələrinə hücum edilib.

  Livan Səhiyyə Nazirliyi partlayışlar nəticəsində 2-si uşaq olmaqla 12 nəfərin öldüyünü, 300-ü ağır olmaqla 2800-ə yaxın insanın yaralandığını açıqlayıb.

  Ötən gün ölkədə radioqəbuledicilərin partlaması nəticəsində 20 nəfərin öldüyü, 450-dən çox insanın yaralandığı bildirilib.

  Livan rəsmiləri İsrailin hücumlara görə məsuliyyət daşıdığını açıqlayıb. İsrail isə məsələ ilə bağlı açıqlama verməyib.

 

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
trt.net.tr

4Mənbələr