Moldova Milli Ordusunun Baş Qərargahının keçmiş rəisi İqor Qorqana qarşı dövlətə xəyanətdə ittiham irəli sürülüb.
Herbiand.az bildirir ki, bu barədə Moldova Prokurorluğunun Cinayət və Xüsusi İşlərlə Mübarizə İdarəsinin mətbuat katibi Emil Qaytur TV-8 telekanalının efirində bildirib.
O, deyib ki, hazırda cinayət işi üzrə istintaq davam edir və Qorqan məhkəmənin yekun qərarına qədər təqsirsizlik prezumpsiyasından istifadə edir.
Bəxtiyar CƏFƏRLİ