Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Bilik Günü münasibətilə xüsusi tədbir keçirilib.
"İki sahil" bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, cari tədris ilində təlim mərkəzlərində 565 nəfər yeni qəbul edilmiş şagird tədris prosesinə başlayıb.
Şirkət bütün şagirdlərə gələcək peşə yolunda uğurlar arzu edib.