Almaniya millisinin və Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta karyerasını “Bayern”də davam etdirə bilər.Komanda.az “iMiaSanMia”-ya istinadən xəbər verir ki, Münhen klubunun nümayəndələri almaniyalı futbolçu ilə danışıqlar aparıb və əməkdaşlıq şərtlərini razılaşdırıblar.28 yaşlı müdafiəçiyə ildə 9 milyon avro məvacib vəd edilib və o, daha 3 milyonu bonus olaraq alacaq. “Bayern” indi Tanın transferinin qiymətini “əczaçılar”la razılaşdırmalıdır.Tanın “Bayer”lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun bazar dəyəri 30 milyon avro qiymətləndirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta