AZ

“Bavariya” Tanı razı saldı

Almaniya millisinin və “Bayer”inin müdafiəçisi Conatan Ta karyerasını “Bavariya”da davam etdirməyə yaxındı. Matc.az xəbər verir ki, Münhen klubu 28 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib. Ta “Bavariya” rəhbərliyinin ildə 9 milyon avro məvacib təklifinə “hə” deyib. Keçid baş tutacağı təqdirdə, alman futbolçu yeni klubunda əlavə olaraq 3 milyon bonus alacaq. Tanın razılığını alan “Bavariya” hazırda Leverkuzen təmsilçisi ilə danışıq aparır. Qeyd edək ki, Conatan Tanın “Bayer”lə 2025-ci ilin yayınadək müqaviləsi var.

Seçilən
19
matc.az

1Mənbələr