AZ

ABŞ Prezidentliyinə namizədlər sosial mediada məzmuna nəzarət ilə bağlı qanunlara dəyişiliklik etmək istəyirlər

İnternetdə söz azadlığını tənzimləyən mövcud qanunlar ABŞ-ın bütün siyasi spektri boyu sual edilir.

ABŞ-ın əsas siyasi partiyalarının razılaşdğı bir şey varsa, bu da odur ki, sosial media şirkətləri fəaliyyət tərzlərini dəyişdirməlidir. Ağ Ev uğrunda yarışda qalib gələn şəxs də, çox güman ki, bu məqsədə nail olmağa çalışacaq.

“Əgər azad sözümüz yoxdursa, deməli, azad ölkəmiz də yoxdur,” Prezidentliyə Respublikaçı namizəd Donald Tramp deyib.

Respublikaçı Donald Tramp öz kampaniya vebsaytında ABŞ Konstitusiyasına Birinci Düzəlişin təmin etdiyi söz azadlığı hüququnun bəzi sosial media şirkətləri tərəfindən pozulduğunu iddia edir.

Yanvarın 6-da ABŞ Kapitolisinə hücumdan sonra Trampın özünün bəzi saytlarda paylaşımlar etməsi müvəqqəti olaraq qadağan edilmişdi.

“Mən prezident kimi inaqusirasiya olunandan sonra Konqresdən mənə imzalamağım üçün böyük onlayn platformaları senzura işindən çıxarmaq üçün 230-cu maddəyə düzəliş edən qanun layihəsini göndərməsini istəyəcəm,” Tramp bildirib.

Berklidə yerləşən Kaliforniya Universitetində texnologiya siyasəti laboratoriyasının direktoru Brandi Noneki deyir ki, 1996-cı il Kommunikasiya Dürüstlüyü Aktının bir hissəsi olan 230-cü maddə hazırda istifadə etdiyimiz internetin qurulmasında fundamental rol oynayıb.

“Əslində o, platformalara cavabdehlik riski olmadan kontenti idarə etmək və silmək imkanı verir. Biz tez-tez eşidirik ki, bu platformalar Birinci Düzəliş hüquqlarını pozur. Ancaq Birinci düzəliş təkcə hökumətin söz azadlığını boğmasına samil edilir. Bu platformalar özəl qurumlardır, onlar özləri Birinci düzəliş hüquqları olan özəl qurumlardır,” o deyir.

Bundan öncə 230-cü maddəyə düzəliş etmək cəhdləri uğursuz olub.

Trampın sosial media hesablarına 2021-ci ildə qadağa qoyulandan sonra böyük Respublikaçı elektoratı olan Florida və Texas ştatları sosial media şirkətlərinin saytlarında siyasi çıxışlara nəzarət etmək imkanını mədudlaşdıran qanunlar qəbul ediblər.

Ancaq bu il ABŞ Ali Məhkəməsinin media şirkətlərinin hökumətin müdaxiləsi olmadan editorial qərarlar vermək hüququnun olduğuna qərar verməsi ilə həmin qanunlar dayandırılıb.

Kamala Harrisin Demokratlar partiyasından siyasətçilər tez-tez sosial media şirkətlərini platformalarında çox zərərli çıxışlara icazə verməkdə ittiham edirlər.

2022-ci ildə Vitse-Prezident Kamala Harris Ağ Evdə bu problemlə mübarizə aparmaq üçün işçi qrupu yaradıb.

“İnternetdə nifrət elə adi hala çevrilib ki, o, cəmiyyət üçün bir növ normallaşır və bəzi istifadəçilər hətta onun qaçılmaz olduğunu deyə bilər," Harris deyib.

Hələlik sosial media şirkətlərinin vebsaytlarında kontentə nəzarət etmək haqları davam edir, amma bir çox siyasətçi və vətəndaş üçün bu məsələ həll edilməmiş olaraq qalır.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
visiontv.az

1Mənbələr